سرگرمی و طنز ورزشی کارتون و انیمیشن علم و فن آوری خودرو و وسایل نقلیه آموزش موسیقی و هنر اخبار و سیاست حیوانات و طبیعت بازی حوادث مذهبی
۱۴۰۴/۰۶/۲۲
Ayşən Mehdiyeva və Aşıq Nəbi Nağıyev - baş müxəmməs (Bədii rəhbər Çingiz Mehdipur)
Göyçə Aşıq Məktəbi: Dünən və Bugün konserti Dalğa musiqi qrupunun ifasında
Qrupun bədii rəhbəri Çingiz Mehdipur
Zaman: 2024.5. 29
Məkan: Bakı Heydər Əliyev sarayı
Musiqiçilər:
1- Çingiz Mehdipur, tavar saz
2- Oktay Zəmani , tavar saz
3- Salar Mehdipur, tavar saz
4- Yaşar imanpur, bas saz
5- Elvin Axundov, bas saz
6- Şahin Haşımnəjad, cürə saz
7- Jəlil Həmidi, balaban
8- Məjid Rəhimipur, qaval
9- Vəfadar Ramiz, bender və qoşanağara
10- Mehran Fərşbaf, perkaşin
Göyçə Aşıq Məktəbi adlı konsertdə ifa olunan Baş müxəmməs bədii rəhbər Çingiz Mehdipur
Ayshen mehdiyeva Asiq Nebi bas muxemmes
Canımı qurban elərəm
Bir belə tərlan gözələ;
Hal bilən, şirin gülən,
Dosta mehriban gözələ;
Boy uca, gərdən mina,
Zülfü pərişan gözələ;
Dolanıb mürği-ruhum,
Olubdu mehman gözələ;
Xəstəyəm, yalvarıram
Həkimi-Loğman gözələ.

Qəmgin idim, xələt verdi,
Məlul könlüm açdı gözəl;
Arifsən, əhli-ruhsan,
Can sana peşgaşdı, gözəl!
Ay qabaq şö'lə verir,
Qaşın göyçək qaşdı, gözəl!
Nə qədər gözəl görmüşəm,
Hamısından başdı Gözəl;
Gözəlliyi cəm veribdi
Xaliqi, sübhan gözələ!


موسیقی و هنر