سرگرمی و طنز ورزشی کارتون و انیمیشن علم و فن آوری خودرو و وسایل نقلیه آموزش موسیقی و هنر اخبار و سیاست حیوانات و طبیعت بازی حوادث مذهبی
۱۴۰۴/۰۶/۱۹
Keçəçioğlu Məhəmməd - Qarabağ Şikəstəsi (1864-1940) / Rəsmi Musiqi


Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa, Bakı quberniyası – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi


Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir.
Qastrol səfərləri də onun yaradıcılığında geniş yer tutur. Xanəndəliklə yanaşı, pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. 1926-cı ildə Ü.Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunmuş və gənc xanəndələr yetişdirmişdir.
Keçəçioğlu Məhəmməd 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir.
Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu, həmçinin, "Nəva", "Mahur", "Bayatı-Qacar" muğamını orijinal bir şəkildə ifa edirdi. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin "Leyli və Məcnun" poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları "Sport-rekord" (Varşava, 1912) və "Ekstrafon" (Kiyev, 1914) şirkətləri tərəfindən qramofon valına yazılmışdır.
موسیقی و هنر