İlhamə Quliyeva – Yandırar Məni (Lyrics) Söz – Tufan Tərlanoğlu Musiqi – Eldar Mansurov Hazırladı – Toğrul Əhmədov Foto – Toğrul Əhmədov
Ayrılsaq da gözlərimdə gözün var Sənə deyilməmiş neçə sözüm var Odu sönüb ürəyimdə közün var Közünün atəşi yandırar məni
Leysan yağışları, bahar suları Könlümdə artırır dərdi, qubarı Qıyqacı baxanda sən mənə sarı Közünün atəşi yandırır məni
Yolunda canımı mən fəda dedim Cavabsız eşqindən nə fayda dedim Əlini uzadıb əlvida dedin Sözünün atəşi yandırar məni
Birgə qədəm qoyaq sevda bağına Ürək dözə bilmir həsrət dağına İsti şeh düşməsin gül yanağına Üzünün atəşi yandırar məni
Leysan yağışları, bahar suları Könlümdə artırır dərdi, qubarı Qıyqacı baxanda sən mənə sarı Közünün atəşi yandırar məni
Birgə qədəm qoyaq sevda bağına Ürək dözə bilmir həsrət dağına İsti şeh düşməsin gül yanağına Üzünün atəşi yandırar məni