الهامه قولییئوا- یاندیرار منی
İlhamə Quliyeva – Yandırar Məni (Lyrics)
Söz – Tufan Tərlanoğlu
Musiqi – Eldar Mansurov
Hazırladı – Toğrul Əhmədov
Foto – Toğrul Əhmədov
Ayrılsaq da gözlərimdə gözün var
Sənə deyilməmiş neçə sözüm var
Odu sönüb ürəyimdə közün var
Közünün atəşi yandırar məni
Leysan yağışları, bahar suları
Könlümdə artırır dərdi, qubarı
Qıyqacı baxanda sən mənə sarı
Közünün atəşi yandırır məni
Yolunda canımı mən fəda dedim
Cavabsız eşqindən nə fayda dedim
Əlini uzadıb əlvida dedin
Sözünün atəşi yandırar məni
Birgə qədəm qoyaq sevda bağına
Ürək dözə bilmir həsrət dağına
İsti şeh düşməsin gül yanağına
Üzünün atəşi yandırar məni
Leysan yağışları, bahar suları
Könlümdə artırır dərdi, qubarı
Qıyqacı baxanda sən mənə sarı
Közünün atəşi yandırar məni
Birgə qədəm qoyaq sevda bağına
Ürək dözə bilmir həsrət dağına
İsti şeh düşməsin gül yanağına
Üzünün atəşi yandırar məni
نظرات